7 C
Baku
Sunday, December 15, 2024

Nazir: “İndiyədək Azərbaycan Rumıniyaya $90 mln. investisiya yatırıb”

İndiyədək Rumıniya Azərbaycana 30 milyon ABŞ dolları, Azərbaycan isə Rumıniyaya 90 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına həsr olunan brifinqdə deyib.

Nazir bildirib ki, İki ölkə arasında enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət sahələrində əlverişli əməkdaşlıq imkanları mövcuddur.

S. Babayev əlavə edib ki, 2023-cü ildə Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 670 milyon ABŞ dolları olub: “Ticarət dövriyyəsinin böyük hissəsini – 605 milyon ABŞ dollarını Azərbaycandan Rumıniyaya ixrac təşkil edib”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər