22 C
Baku
Wednesday, May 22, 2024

Nazir müavini: “Azərbaycanın xarici ticarət balansında böyük həcmli profisit qeydə alınıb”

“Cari ildə Azərbaycan iqtisadiyyatında müsbət proseslər davam edib, yüksək iqtisadi artım templəri müşahidə olunub, xarici ticarət balansında böyük həcmli profisit qeydə alınıb. Eyni zamanda strateji ehtiyatlarımız yüksək səviyyədə saxlanılıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

Sevinc Həsənova deyib ki, pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması və kompleks dövlət dəstəyi tədbirləri iqtisadi aktivliyin bərpasına və daha da yüksəlməsinə gətirib çıxarıb: “Nəticədə cari ilin yanvar-may aylarında, əvvəlki ilin müvafiq dövrünə nisbətən ÜDM 7,2 %, qeyri-neft sektoru 11 %, neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 0, 5 % artıb. İqtisadiyyatın bütün sahələrində artım qeydə alınıb, bəzi sahələrdə isə artım templəri əhəmiyyətli dərəcədə yüksək olub. Qeyri-neft-qaz sektorunun inkişafına əhəmiyyətli töhfə nəqliyyat və anbar təsərrüfatı, qeyri-neft qaz sənayesi, turizm və ictimai-iaşə sahələrində olub. 2022-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 5 milyard manata yaxın vəsait xərclənib. 2022-ci ilin 5 ayında orta illik inflyasiya 2021-ci ilin eyni dövrü ilə müvafiq inflyasiya göstəricisini 8, 4 faiz bənd üstələyərək 12,6 % təşkil edib”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər