6 C
Baku
Sunday, December 15, 2024

Nazir müavini: “Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur”

Azərbaycanda vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur, hazırda bu məsələ gündəmdə deyil.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışı – biletim.az portalının təqdimatında bildirib.

O qeyd edib ki, yalnız vahid standartlar əsasında taksi xidmətinin olması planlaşdırılır: “Ümumiyyətlə, vahid taksi xidməti ilə bağlı indiyədək xidmət olmayıb. Ancaq vahid tələblər əsasında taksi şirkətləri fəaliyyət göstərməli, tələblərə əməl etməlidirlər”.

R. Hümmətov bildirib ki, bu gün taksi şirkətlərindən şikayətlərə rast gəlinir: “Lakin bununla bağlı taksi şirkətləri heç bir tədbir görmürlər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər