-1 C
Baku
Sunday, December 15, 2024

Nazir müavini: “Azerspace-1″ peyki artıq bazarda öz yerini tutur”

“Azerspace-1” telekommunikasiya peyki artıq müvafiq xidmətlərin dünya bazarında yerini tutur. Peykin istifadəçilərinin sayı xeyli artıb. Məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavini xatırladıb ki, ötən il Azərbaycanda keçirilən ilk Avropa Oyunları zamanı “Azerspace-1” telekommunikasiya peyki beynəlxalq yarışların yayımını həyata keçirən dörd peykdən biri olub.

“Bu da onu göstərir ki, peykimizin mövcud texniki imkanları və keyfiyyəti beynəlxalq xidmətlər səviyyəsindədir. Bu baxımından da peykimizin fəaliyyətini uğurlu hesab edirik”, – deyə E.Vəlizadə əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2” layihəsi üzərində isə hazırda iş gedir. Peykin 2017-ci ildə orbitə çıxarılacağı gözlənilir.

Report

Son xəbərlər
Digər xəbərlər