17 C
Baku
Sunday, May 19, 2024

Nazir müavini: Ermənistan məhkəmə mübahisəsini həll etmək üçün Azərbaycanla danışıqlara getmədi

Ermənistan məhkəmə mübahisəni həll etmək üçün Azərbaycanla danışıqlara getmədi və məhdud səviyyədə həyata keçirilən müzakirələri davam etdirə bilmədi.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı) üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə keçirilən ictimai dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın üçüncü şikayətində münaqişələr zamanı erməni əsgərlərə, hərbi qulluqçulara və mülki şəxslərə qarşı pis rəftar, ermənilərin özbaşına saxlanması və yoxa çıxması ilə bağlı əsassız iddialar yer alıb:

“Bu cür məsələlər İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya çərçivəsində məhkəmənin yurisdiksiyasına aid deyil. Bu, Azərbaycanın əsaslı etirazıdır. Ermənistanın üçüncü şikayətinin bütün hissələri prosessual baxımdan qüsurludur. Ermənistan məhkəmə qarşısında bu proseslərə başlamaq və bu proseslərin təsirindən istifadə edərək Azərbaycana qarşı ictimai media kampaniyası aparmaq niyyətində idi”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər