15 C
Baku
Saturday, May 18, 2024

Nazir müavini: “İdman mərc oyunlarında 700 milyon manatlıq “qara bazar” var”

“Uzun müddət idi ki, Azərbaycanda lotereyalarla bağlı qanunvericiliyə dəyişiklik edilmirdi”.

Bunu iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Milli Məclisin qtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin bu gün keçirilən birgə iclasında – “Lotereyalar haqqında” qanuna dəyişikliklərin I oxunuşda müzakirəsində deyib.

Onun sözlərinə görə, qanuna təklif edilən dəyişikliklərin məqsədlərindən biri bu sahədə “qara bazar”ın həcmini azaltmaqdır: “Azərbaycanda idman mərc oyunlarında 700 milyon manatlıq “qara bazar” var”.

MənbəReport.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər