20 C
Baku
Tuesday, May 28, 2024

Nazir müavini: “İşğaldan azad edilmiş ərazilərdə su resurslarından elektrik enerjisi istehsal olunacaq”

Azərbaycan elektrik enerjisi istehsalında yeni texnologiyaların xüsusi çəkisini artırmaqda maraqlıdır.

Bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda alternativ və bərpa edilən enerji mənbələrinin inkişafı üzrə aktiv işlər aparılır.

Elnur Soltanov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə yazıl enerji zonasının yaradılması istiqamətində işlər aparılır və bunun üçün burada geniş imkanlar var.

Nazir müavini onu da qeyd edib ki, Naxçıvandan sonra Qarabağda günəş enerjisinin inkişafı üçün böyük resurslar var: “İşğaldan azad edilmiş ərazilərdə su resurslarından elektrik enerjisinin istehsalı üçün geniş istifadə etmək planlarımız var. Burada ən azı 18 kiçik su elektrik stansiyası tikilə bilər və bunun üçün investisiyaların cəlb edilməsində maraqlıyıq”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər