15 C
Baku
Thursday, May 9, 2024

Nazir müavini: “Keçən il qənaət olunmuş bütün vəsaitləri işğaldan azad olunmuş ərazilərin bərpasına yönəltmişik”

Azərbaycanın dövlət büdcəsi çərçivəsində təqdim olunmuş sifarişlər dərhal, 1-2 gün ərzində icra olunur və bu günə icra olunmamış sifariş yoxdur.

Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

A. Bayramov qeyd edib ki, təqdim edilmiş sifarişlər üzrə hazırda bir qəpik belə borc yoxdur:

“Bizim planlaşdırdığımız büdcə xərclərimiz beş ayda 103 % icra olunub. Resurs baxımından dövlət büdcəsinin gəlirlərini nəzərə alaraq bizim heç bir problemimiz yoxdur. Qanunvericiliklə daxil olan öhdəliklərin maliyyələşdirilməsində bizim heç bir probemimiz yaşanmır.

Podratçılarla bağlı problem başqa istiqamətdədir. Büdcədən ayrılmış vəsaitllərlə görülmüş işlərin tam uyğun olmamasındadır. Biz keçən il qənaət olunmuş bütün vəsaitləri, yəni təqribən 1.5 milyard manat vəsaiti qanunla əlavə olaraq sırf işğaldan azad olunmuş ərazilərin bərpasındakı tikinti işlərinə yönəltmişik. Bu il də təqdim etdiyimiz dürüstləşmədə planlaşdırlan məbləğin 3/2-si yenə o istiqamətdədir. Sadəcə sifarişçi ilə podratrçı arasındakı münasibətlər normal tənzimlənməlidir. Onların gördüyü işin büdcədə nəzərdə tutulub-tutulmaması müəyyənləşdirilməlidr. Amma bizə büdcə çərçivəsində təqdim olunmuş sifarişlər dərhal bir-iki gün ərzində icra olunur və bu günə bizdə icra olunmamış sifariş yoxdur”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər