25 C
Baku
Saturday, July 27, 2024

Nazir müavini: “Sosial ödənişlər 11% artıb”

Bu ilin I rübündə Azərbaycanda sosial ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 11% çox olub.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Anar Kərimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bundan başqa, onun sözlərinə görə, son 5 ildə ölkədə minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 66%-ə, median əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti isə 31%-ə çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər