4 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Nazir müavini təltif edildi

Azərbaycan Prezidenti Xarici İşlər Nazirinin müavini vəzifəsində işləyən Mahmud Məmmədquliyevi  təltif edib.

Banker.az bu barədə Prezidentin rəsmi səhifəsinə istinad edir.

“Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.”-deyə sərəncamda bildirilir.

Qeyd edək ki,  M.Məmmədquliyev  1993-cü ildən indiyə kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini vəzifəsini icra edir.

O, 1995 – 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur. M.Məmmədquliyev həmçinin  Kommersiya Bankının idarə heyəti sədrinin müavini omuşdur.

 Eyni zamanda  Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur.

 

Son xəbərlər
Oxşar xəbərlər