9 C
Baku
Thursday, December 12, 2024

Nazir müavini: “Vəzifədən azad olunacağımı gözləmirdim”

Səhiyyə nazirinin müavini vəzifəsindən azad olunacağımı gözləmirdim”.

Bunu bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Viktor Qasımov deyib.

Viktor Qasımov bildirib ki, bu vəzifəsindən azad olunsa da, hər hansısa bir işə təyin edilməyib:

“Bilmirəm bundan sonra hansı işlə məşğul olacam. Həkim kimi də fəaliyyətimi nəzərdən keçirəcəm. Baxacam vəziyyətə. Görüm nə olacaq. Vəzifəmdən azad olunacağımı gözləmirdim. Bunu mən də sizin kimi bu gün öyrəndim. Dörd müavin vəzifəsindən azad olunub. Heç birimizə hər hansısa bir vəzifə verilməyib”.

Viktor Qasımov qərara hörmətlə yanaşdığını bildirib və ölkə başçısı İlham Əliyevə ona göstərdiyi yüksək ehtimada görə təşəkkür edib:

“Mənə böyük etimad göstərilmişdi, nazir müavini təyin edilmişdim. Bu təyinat ağır dövrdə oldu. Etimadı doğurtmağa çalışdım, işlədim. Allah prezidentimizə, birinci vitse-prezidentimizə can sağlığı versin. Hamımız ağır dövürdə əl-ələ verib işlədik”.

Sabiq nazir müavini vurğulayıb ki, səhiyyə sistemi vahid olmalıdır:

“Səhiyyə Nazirliyinə yeni tərkib gəldi, yeni müavinlər təyin olundu. Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər. Mən bir mütəxəssis kimi demək istəyirəm ki, səhiyyə sistemi vahid olmalıdır. Səhiyyəni parçalamaq olmaz”.

 

 

Son xəbərlər
Digər xəbərlər