23 C
Baku
Tuesday, May 21, 2024

Nazir: Neft bazarı balanslaşmış vəziyyətdədir

Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Süheyl əl-Mazruinin fikrincə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) iştirakçılarının görüşünün vaxtından əvvəl keçirilməsinə ehtiyac yoxdur.

“Mən görüşə ehtiyac görmürəm. Bazar balanslaşdırılmışdır”, – Rusiyanın neft hasilatının azaldılması barədə açıqlaması fonunda alyansın növbədənkənar iclasının keçirilməsinin zəruriliyi ilə bağlı suala cavab olaraq nazir bildirib.

Əl-Məzrui onu da qeyd edib ki, müqavilə uzunmüddətlidir və onun parametrlərində dəyişikliklər yalnız bazarda hər hansı sirkələnmənin olduğu hallarda nəzərə alınacaq: “Hələ ki, biz bunu görməmişik. Bazar balanslaşdırılmış və sabitdir”.

OPEC+ 2020-ci ilin may ayında koronavirus pandemiyasının yaratdığı tələbin azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi (2 mln. barel), lakin noyabr ayından hasilatı yenidən azaltdı. Fevralın 1-də OPEC+ nazirlərinin monitorinq komitəsinin iclası keçirilib və o, alyansın neft hasilatı sazişinin cari parametrlərinə düzəliş etməyi tövsiyə etməyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər