25 C
Baku
Saturday, July 27, 2024

Nazir qadınların maaşının az olmasının səbəbini açıqlayıb

“Azərbaycanda qadınların əmək haqlarının kişilərə nisbətən aşağı olması məsələsi var. Tibb sahəsində çalışanların 86 faizi, təhsil sahəsində çalışanların isə 73 faizi qadınlardır”.

Bunu Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.

O bildirib ki, qadınlar daha çox dövlət sektorunu seçirlər: “Maaşın azlığı da buna görədir. Çünki özəl sektorda maaş daha çoxdur. Yəni, onlara qadın olduğuna görə az maaş verilmir”.

 “Azərbaycanda işə götürülərkən oriyentasiya soruşulmur”

“Azərbaycanda iş məsələsində cinsi azlıqlarlarla bağlı hər hansı məhdudiyyət yoxdur”.

“Azərbaycan qanunvericiliyində cinsi azlıqlar üçün hər hansı bir məhdudiyyət yoxdur və işə götürülərkən cinsi oriyentasiya soruşulmur. Yəni, qanunda belə bir məhdudiyyət yoxdur. Hər bir şəxsin hansı cinsə məxsus olmasından asılı olmayaraq istədiyi vəzifəni tutmaq hüququ var. O, özü bildirməyənə qədər heç kim bilməyəcək ki, onun cinsi nədir”, – deyə, nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər