Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini təyin olunub.
Ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə Mehdi Kamal oğlu Abdullayev təyinat alıb.
M.Abdullayev bu ilin aprel ayından Ədliyyə Nazirliyində çalışmağa başlayıb. O bir neçə il əvvəl də Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib.
M.Abdullayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.