-1 C
Baku
Saturday, December 14, 2024

Nazir sığorta forumunda iştirak edəcək

İyulun 2-dən 3-dək.

2015-ci ilin iyulun 2-3-də Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.

Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, forumda Maliyyə naziri Samir Şərifovun, Maliyyə Nazirinin müavini Azər Bayramovun, AR Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun və Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri, Millət vəkili Ziyad Səmədzadənin də iştirakı gözlənilir.

İki gün davam edəcək tədbirdə “Cari reallıq çərçivəsində Sığorta və Təkrarsığorta bazarı – inkişaf üçün yeni biznes sahələri”, “Qafqaz regionunda əmlak sığortası”, “Təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları”, “Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar”, “Bank sığortası və həyat sığortası” panelləri üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, son məlumata görə, ümumilikdə forumda 25-dən çox ölkənin 250-dən artıq nümayəndəsi iştirak edəcək.

Son xəbərlər
Digər xəbərlər