-1 C
Baku
Sunday, December 15, 2024

Nazir: Təməli qoyulan günəş və külək elektrik stansiyaları qazın istifadəsini azaltmağa imkan verəcək

Dünən təməli qoyulan iki günəş və bir külək elektrik stansiyasının istifadəyə verilməsi atmosferdə emissiyaların və elektrik enerjisinin istehsalında istifadə edilən qazın həcminin azalmasına imkan verəcək.

Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan Avropaya gedər uzanacaq “yaşıl” dəhlizin yaradılması istiqamətində işlər davam etdirilir və bu dəhlizə Mərkəzi Asiya ölkələrin qoşulması istiqamətində də danışıqlar aparılır.

Nazir qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsini qarşıya məqsəd qoyub.

Pərviz Şahbazov əlavə edib ki, Azərbaycan ümumilikdə qeyd olunan dəhlizlə illik 24.3 milyard kubmetr təbii qazın nəqlinə nail olub, bundan 12 mlrd. kubmetri Avropanın payına düşüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər