9 C
Baku
Friday, December 13, 2024

Nazir təyin olunsa da, imicini dəyişməyə tələsmir

Cinsi azlıqların müdafiəçisi, komiksləri, pişikləri və kompüter oyunlarını sevən 38 yaşlı Amanda Lind İsveçin yeni mədəniyyət naziri təyin olunub.

Gazeta.ru-ya istinadən, 18 yaşından etibarən dredlər A. Lindin saç düzümünün ayrılmaz hissəsi olub.

Məhz onun saç düzümü ictimaiyyətin əsas müzakirə obyektinə çevrilib. Lakin A. Lind sərt şərhlərə fikir vermir və imicini dəyişməyə hazırlaşmır.

Lind nümunəvi ailə qadınıdır. O, rejissor Byern Ola Lindlə evlidir və iki oğul anasıdır.

Siyasətçinin sözlərinə görə, o, mədəni tədbirlərin hər kəs üçün əlçatan olmasını istəyir və jurnalist araşdırmalarının müstəqilliyini möhkəmləndirməyi planlaşdırır. Bir çox isveçli kimi Lind xizək sürmək və hokkey həvəskarıdır. Yeri gəlmişkən, yeni vəzifəsində o, idmana da cavabdeh olacaq.

3 42 4©oxu.az

Son xəbərlər
Digər xəbərlər