6 C
Baku
Sunday, December 15, 2024

Nazirlər Kabineti AZAL, SOCAR, ADY-nin gəlirlər və xərclər smetasının icrasını monitorinq etməyəcək

Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 30 dekabr 2016-cı il tarixli 534 nömrəli Qərarında dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

15 dekabr 2021-ci il tarixli 390 nömrəli Qərara əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısından çıxarılıb, əvəzində siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik əlavə edilib. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti isə bu siyahıdan çıxarılıb.

Qeyd edək ki, Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədi ilə bu qaydanı yaradıb.

Son xəbərlər
Digər xəbərlər