Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan xidməti minik avtomobillərinin say həddi (lmiti) artırılıb.
Banker.az xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara dəyişiklik edib.
Qərara əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinə xidməti minik avtomobillərinin say həddi 4-dən 5-ə qaldırılıb.