2 C
Baku
Saturday, December 14, 2024

Nazirlər Kabineti dövlət qurumlarının baş mühasiblərinə qarşı tələbləri sərtləşdirdi

Nazirlər Kabineti “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

Banker.az xəbər verir ki, dəyişikliyə əsasən, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 2023-cü il 1 yanvar tarixədək işə qəbul edilən baş mühasibləri 2024-cü ilin sonuna qədər, 2023-cü il 1 yanvar tarixdən sonra işə qəbul edilən baş mühasibləri həmin anda müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər