28 C
Baku
Saturday, July 27, 2024

Nazirlik: 2019-un ilk rübündə 352 nəfər əllilliyi olan şəxs özünüməşğulluğa cəlb edilib

Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 352 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını yaratmaq üçün potensialları nəzərə alınmaqla bu proqrama cəlb olunub.

Banker.az-a bu barə Nazirlikdən bildirilir.

Onlardan artıq bir qismi kiçik biznes fəaliyyətinin qurulmasına dair zəruri bilik və bacarıqlara malik olmaları üçün bir aylıq təlim kurslarında iştirak edir.

Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslər ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunacaqlar.

Hazırda əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri davam etdirilir.

Xatırladaq ki, ötən il özünüməşğulluq proqramı iştirakçılarından 1000 nəfərini əlilliyi olan şəxslər təşkil edib. 

Son xəbərlər
Digər xəbərlər