26 C
Baku
Saturday, July 27, 2024

Nazirlik 290 ədəd fərdi evin tikintisi üçün 2 milyarda yaxın pul xərcləyəcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Az AVS” QSC ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alınması Respublikanın 18 şəhər və rayonunda (Ağdam, Naftalan, Göyçay, Zərdab, İmişli, Ağstafa, Lənkəran, Kürdəmir, Xızı, Oğuz, Daşkəsən, Qəbələ, Quba, Fizuli, Şəki, Balakən, Gədəbəy, Lerik) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə cəmi 290 ədəd olmaqla fərdi evlərin tikintisi işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 1 milyard 988 milyon 443 min 134 manatdır. IMG 20200720 131243 693

Bildirək ki, “Az AVS” Qapalı Səhmdar Cəmiyyət 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 2 010 manatdır və qanuni təmsilçisi Hikmət Ələkbərov Şamil oğludur.

reyQEYD: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Banker.az saytı ilə əlaqə saxlanılmış və rəsmi mənbə tender.gov.az-da qeyd edilən məbləğin səhv olduğu bildirilmişdir. Bildirək ki, müqavilənin məbləği 19 milyon 884 min 431 manatdır.

Son xəbərlər
Digər xəbərlər