Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda 3 DOST Mərkəzinin layihələndirilməsi işlərinə «Modus.K» MMC-ni cəlb edib.
Nazirlik “Modus.K” MMC ilə sözügedən işlərin yerinə yetirilməsi haqqında ümumi dəyəri 495,6 min manat dəyərində 3 müqavilə bağlayıb.
Birinci müqavilədə Binəqədi rayonunda DOST Mərkəzinin “DOST” Agentliyinin konseptinə uyğun olaraq layihələndirilməsi işləri həyata keçiriləcək. Müqavilənin dəyəri 224,2 min manatdır.
İkinci müqavilə çərçivəsində “Modus.K” Xəzər rayonunda DOST Mərkəzinin layihələndirilməsini öhdəsinə götürür. Müqavilənin dəyəri 118 min manatdır.
Həmçinin, “Modus.K”, həmçinin Nizami rayonunda yaradılacaq DOST Mərkəzini də layihələndirəcək. Müqavilənin dəyəri 153,4 min manatdır.