10 C
Baku
Saturday, March 2, 2024

Gəlir vergisi üzrə ciddi islahatlar gözlənilir – Kimlərə güzəşt olacaq?

Vergi Məcəlləsində nəzərdə tutulan yeniliklərin bir hissəsi fiziki şəxslərin gəlir vergisinə aiddir. Gələn il yanvarın 1-dən 7 il müddətində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdla işləyən fiziki şəxslərin aylıq gəlirlərinə gəlir vergisi üzrə güzəşt edilməsi nəzərdə tutulub.

Banker.az bildirir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetində məlumat verilir.

Qəzet yazısında bildirir ki, bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün nisbətinin işəgötürənlə işçi arasında tənzimlənməsi təşkil edir. İslahat nəticəsində, ilk növbədə, ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün yüngülləşdirilməsi, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəf kimi götürülüb.

Mövzunu iqtisadçı ekspert Rəşad Əliyev şərh edir: «Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin mühüm hissəsi fiziki şəxslərin gəlir vergisinə cəlb edilməsi ilə bağlı  yeniliklərdir. Gəlir vergisi ən çox tətbiq dairəsi olan vergidir. Bu istiqamətdə gözlənilən dəyişikliklərin məqsədi təkcə «kölgə iqtisadiyyatı»nın leqallaşdırılması, vergidən yayınma hallarının azaldılması və uçotdankənar məşğulluqla mübarizə deyil. Dəyişikliklərin bəziləri, eyni zamanda, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması,  əmək hüquqlarının qorunmasına xidmət edir.  Ən mühüm dəyişiklik muzdlu işlə əlaqədar olan gəlir vergisinin dərəcələri ilə bağlıdır. Nəzərdə tutulan yeni dəyişikliklərə əsasən, aylıq gəliri 8000 manatadək olan muzdlu işçilərin əməkhaqqından, ümumiyyətlə, vergi tutulmayacaq. Əməkhaqqının 8000 manatdan çox olan hissəsindən isə 14%  dərəcə ilə vergi tutulacaq. İlk olaraq bu, həmin sahədə işləyən muzdlu işçilərin gəlirlərini az da olsa, artıracaq. Artım əməkhaqqının məbləğindən asılı olaraq dəyişəcək. Nəzərə almaq lazımdır ki, sosial sığorta ayırmaları üzrə dəyişikliklər də gözlənilir və bu səbəbdən, hər iki məsələ bir kontekstdə nəzərdən keçirilməlidir.

Onu da qeyd etmək lazımdır ki, yeni dəyişikliklərdən sonra əməkhaqqı fonduna olan fiskal yük azalacaq və bu,  əlavə sərbəst vəsaitlərin əmələ gəlməsinə xidmət edəcək. Bu «yüngülləşmə» biznes subyektləri üçün əlavə maddi imkanlar yaradır. Kimsə həmin fərqi əməkhaqqının artırılmasına, digərləri müəssisənin ehtiyaclarına yönəldə bilər. Əsas məsələ odur ki, fiskal yükün azaldılması vergi ödəyicilərində əmək münasibətlərini şəffaf qurmağa stimul yaradır.

Daha bir məsələ: müəssisələrin  neft-qaz sahəsində fəaliyyəti və qeyri-dövlət sektoruna aid edilməsi kriteriyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Yəni bu güzəştdən ancaq həmin meyarlara cavab verən vergi ödəyiciləri istifadə edə biləcəklər. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicilərindən başqa, digər ödəyicilər isə muzdlu işlə əlaqədar gəlir vergisini əvvəlki dərəcələrlə ödəyəcəklər. Yəni 2500 manata qədər aylıq əməkhaqqı üzrə – 14%; 2500 manatdan yuxarı – 350 manat və 2500 manatdan artıq olan hissənin isə 25%-i. Bu sahədə mühüm dəyişiklik güzəştlərlə bağlıdır. Əvvəllər fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli zıxılmaqla gəlir vergisi hesablanırdısa, yeni dəyişikliyə əsasən sabit məbləğ 200 manat zıxılmaqla gəlir vergisi hesablanacaq.

Son xəbərlər
Digər xəbərlər