8 C
Baku
Thursday, December 12, 2024

Nazirlik İT məsələsini həll etməyi “ATA Holdinq”in şirkətinə həvalə edir

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi IT üzrə işlərin görülməsi xidmətini “ATA Texnologiya” MMC şirkətinə həvalə edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi “ATA Texnologiya” ilə Maliyyə Nazirliyində istifadə olunan bir sıra proqram təminatı lisenziyalarının və mövcud sistemlərə virtualizasiya lisenziyalarının və əlavə virtualizasiya lisenziyalarının satın alınması barəsində müqavilə bağlayıb.

Müqavilənin ümumi məbləği isə 173 min 294 manat təşkil edir.

Qeyd edək ki, “AtaTexnologiya” MMC 2004-cü ildə “AtaHolding” MMC tərəfindən təsis edilmişdir. Şirkət informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycan bazarında fəaliyyət göstərir. “AtaTexnologiya”nın nizamnamə kapitalı 100 000 manatdır və qanuni təmsilçisi isə Mais Yusifovdur.

Son xəbərlər
Digər xəbərlər