Azərbaycanda araq, viski və bir sıra içkilərin istehsalçısı “A+CO” MMC barəsində inzibati xətaya görə cərimə protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib edərək 17 avqust 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə göndərilib.
İXM-nin bu məcəlləsinə görə, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə tərtib edilir. Hüquqi şəxslər 10 500 manatdan 12 500 manatadək məbləğdə cərimə edilir.
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə start verib.
2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, “Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.
Hazırda Zavod həm alkoqollu həm də alkoqolsuz içkilərin istehsalı və satışı həyata keçirir. Daxili bazarda ən çox “Mamedoff “, “Yakor” araqları, “Opera” Konyakı, “Full” və “Atom” Enerji içkiləri ilə tanınır.
Şirkət bundan öncə isə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük əməliyyatlarına görə cərimələnmişdi.