Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi “Şahdağ Təchizat” MMC ilə təxminən 2 milyon manatlıq müqavilə bağlayıb. Banker.az xəbər verir ki, müqavilədə şəxsi heyət üçün səhra geyim dəstləri və digər yumşaq inventar satın alınması nəzərdə tutulub. Müqavilənin dəyəri isə 1 765 787 manatdır.