23 C
Baku
Saturday, April 20, 2024

Nazirlikdən İT şirkətinə 2 milyon manatlıq sifariş

Vergilər Nazirliyi “Caspel” MMC ilə 5 müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, Nazirlik ilə bu şirkət arasında bağlanmış müqavilənin ümumi məbləği 2 milyon 172 min 743 manatdır.

Müqavilələrdə giriş-çıxış Access Control sistemlərinə, səs avadanlıqları və konfrans sistemlərinə, müşahidə, yanğın və siqnalxəbərverici sistemlərinə , zərif Müştəri” qurğularına (Thin Client – elektron disksiz qurğu), kompüter, noutbuklara və printerlərə, avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) və onun ehtiyat sisteminin avadanlıqlarına, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, İnternet Vergi İdarəsi, “Lokal Telefoniya”, “Zərif Müştəri” və “Onlayn Kassa” sistemlərinin avadanlıqlarına və digər avadanlıqlara texniki xidmətin göstərilməsi və Korporativ rabitə şəbəkəsinə telefon və kommunikasiya xidmətinin göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir. Artıq Azərbaycanın iri şirkətləri: banklar, restoranlar, supermarketlər “Caspel”in müştərilərinə çevrilmişlər. 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər