9 C
Baku
Friday, December 13, 2024

Nazirliyə yeni səlahiyyətlər verildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyətlər verilib.

Belə ki, Əsasnaməyə aşağıdakı məzmunda 2.0.17-1-ci, 3.0.78-1-ci, 3.0.79-1-ci, 3.0.79-2-ci və 3.0.79-3-cü yarımbəndlər əlavə edilib:

“2.0.17-1. “Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edir;”;

“3.0.78-1. “Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin etmək;”;

“3.0.79-1. dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etmək;

3.0.79-2. Nazirliyin Data Mərkəzində, eləcə də “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etmək;

3.0.79-3. “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görmək;”;

2.2. 3.0.79-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.79. “Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;”.

Son xəbərlər
Digər xəbərlər