“Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunur.
Banker.az xəbər verir ki, “Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyəti “Fasad-F” Qapalı Səhmdar Cəmiyyətinə çevrilərək yenidən təşkil olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev, 3-cü mkr, ev 16, mənzil 57 ünvanına bildirə bilərlər.
100 manat nizamnamə kapitalı olan “Fasad-F” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Sərxan Quliyevdir. Həmçinin bu şirkət Kənd Təsərüffati Nazirliyinin milyonluq tenderlərinin qalibidir.