28 C
Baku
Saturday, July 27, 2024

Nazirliyin Modul Tipli Hospitalının vəzifəli şəxlərinin aldığı rüşvətin məbləği məlum olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxslərin aldığı rüşvətin məbləği məlum olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Azərbaycan Respublikası FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər