25 C
Baku
Friday, April 19, 2024

Nazirliyin sabiq vəzifəli şəxsinə cinayət işi açıldı

Azərbaycanda vəzifəli şəxs mənimsəmədə təqsirləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzində sabiq rəhbəri Ağayev Azər Vəkil oğlu külli miqdarda mənimsəmədə ittiham olunur.

Məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 18 saylı Ərazi Məşğulluq Mərkəzinə Tərtər, Bərdə, Ağdam və Naftalan rayonları daxildir.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər