6 C
Baku
Friday, March 1, 2024

NBC Bank-ın zərəri 12 mln. manatı keçib

Banker.azın verdiyi məlumata görə, NBC Bank 2017-ci ilin 3-cü rübünün sonuna dair maliyyə hesabatlarını açıqlamışdır.

Belə ki, hazırda bankın ötən illərdən qalan zərərinin ümumi həcmi 12.3 mln. manat təşkil etmişdir. Bu il isə bank 2.4 mln. manat mənfəət əldə etməsinə baxmayaraq zərərdən yaxa qurtara bilməyib.

Qeyd edək ki, hazırda bankın depozit portfelinin həcmi 71 mln. manat, aktivlər 171 mln. manat , kapital isə 55 mln. manat təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər