23 C
Baku
Saturday, April 20, 2024

Neftə olan təlabat 2026-cı ildə maksimum həddə çatacaq – PROQNOZ

Dünya üzrə elektromobillərə intensiv şəkildə keçid qlobal neft tələbatının pik həddə çatmasını sürətləndirəcək.

Bu barədə “Rystad Energy” konsaltinq şirkətinin proqnozunda deyilir.

Belə ki, şirkətin ekspertləri 2026-cı ildə neft təlabatının pik həddə, yəni sutkada 101,6 milyon barelə çatacağını gözləyirlər.

Koronavirus pandemiyası başlamazdan əvvəl “Rystad Energy” ekspertləri neft təlabatının pik həddə 2030-cu ildə çatacağını və sutkada 106 milyon barel təşkil edəcəyini gözləyirdilər.

Bir qədər öncə “Goldman Sachs” investisiya bankı bildirib ki, nəqliyyat sektorunda neft istehlakı 2026-cı ildə ən yüksək səviyyəsinə çatacaq. Bankın analitikləri hesab edir ki, bu, elektromobillərin tətbiqinin sürətlənməsi səbəbindən baş verəcək.

Cari onillikdə ümumi neft istehlakı aviasiya kerosinindən istifadə və neft kimyası sayəsində artmağa davam edəcək, lakin 2025-ci ildən sonra artım zəif olacaq.

Bu arada Britaniyanın BP şirkəti neft təlabatının pikinin 2019-cu ildə geridə qaldığını, OPEC isə ən yüksək həddin 2040-cı ildə olacağını gözləyir

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər