2020-ci ildə neftə məcmu tələbatın azalacağı barədə OPEC-in proqnozu bir sıra ölkələrdə iqtisadi fəaliyyətlərinin səngidiyi nəzərə alınmaqla aşağı salınıb.
İyul hesabatındakı 8,95 milyon barel həcmindəki azalmaya qarşı OPEC-in avqust ayına dair hesabatında təşkilat neftə gündəlik tələbatın 9,06 milyon barel azalacağı barədə proqnoz verib.
Bütövlükdə cari ildə neftə məcmu gündəlik tələbat 90,63 milyon barel, 2021-ci ildə isə
milyon barel səviyyəsində dəyərləndirilir. Bu artım koronavirusun cilovlanaraq dünya iqtisadiyyatına təsirinin səngiyəcəyinə dair gözləntilərlə bağlıdır.
Lakin bununla belə neftə tələbatın gələn il də pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacağı güman edilir. Bu da əmək bazarında baş verən dəyişikliklərlə, o cümlədən məsafəli iş sisteminin intişar tapması ilə əsaslandırılır.