26 C
Baku
Saturday, July 27, 2024

Neft 66 dolları ötdü — 75 dollara yüksələ bilər!

BANKER.AZ, Bakı vaxtı 8:40 – Treyderlər və investisiya bankları üçün yay aylarına qədər vaksinasiya ilə normal həyata qayıdışla neft təchizatı ilə bağlı daralmaları ehtimal etməyə əsas verir. Bu da öz növbəsində neftin son sutkada 2020-ci ilin yanvarından bu tərəfə 66 dollar/barrel səviyyəsindən baha satılmasına səbəb olub.

Londondakı aprel fyuçerslərində Brent markalı xam neft tələblə bağlı yaranmış nikbin baxışlarla 3.7% artımla qiymət qazanıb, bu da öncəki aydan bu tərəfə ən böyük artım dinamikasıdır.

ICE birjasında Brent markalı xam neft 66.36 dollar/barrel, WTI 61.49 dollar/barrel təşkil etməkdədir.

Nüfuzlu “Goldman Sachs Group Inc.” neftin qiymətinin 75 dollar olmasını proqnoz edir. Neftə olan tələbin OPEC+ və digərlərinin təchizatından daha sürətlə artacağını düşünür. Bununla belə, “Morgan Stanley” də neft üçün 2000-ci ildən bu tərəfə ən daralmış rüb olacağını təxmin edir.

“Bazar tələb perspektivi təchizat perspektivindən daha konstruktiv görünür” – deyə, “U.S. Bank Wealth Management” investisiya strateqi Rob Havort düşünür.

Strateq düşünür ki, iqtisadiyyatların açılması və peyvəndin sürətlənməsi bazarda bəs edəcək qədər neftin olub-olmamasını sorğulayacaq.

Son xəbərlər
Digər xəbərlər