6 C
Baku
Saturday, December 14, 2024

Neft 2 ildə ilk dəfə 67 dolları ötdü

Dünya birjalarında neftin qiyməti 2 ilin rekordunu yenilədikdən sonra yenidən ucuzlaşmağa başlayıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 31 sent, yəni, 0,46% azalaraq 66.31$-a təklif olunub. Lakin, gecə saatlarında bu rəqəm 67 dollardan çox idi. Məlumat üçün bildirək ki, hazırki qiymət 2015-ci ilin aprel aylarındakı qiymətə təsadüf edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 24 sent, yəni, 0,40% ucuzlaşaraq 59,73$-da qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər