18 C
Baku
Çərşənbə, May 25, 2022

Neft bahalaşır: Təchizatla bağlı yarana biləcək böhran qorxusu yenə aktuallaşır

BANKER.AZ/ Şanxay bəzi COVID-19 ilə bağlı məhdudiyyətləri yumşaltdıqdan sonra Çində neftə yarana bilən tələbin “azalması” qorxusu azaldı və OPEC itirilmiş Rusiya tədarükünü kompensasiya etmək üçün hasilatın kifayət qədər artırılmasının qeyri-mümkün olacağı barədə xəbərdarlıq edir. Bu isə artıq həftənin ikinci iş günündə neftin birjalardakı qiymətini bahalaşdırıb.

Fyuçerslər ilə ticarət olunan Brent neftinin ICE qitələrarası fond (London) birjasında $1.72 dollar və ya 1.75% bahalaşaraq bir barreli $100.20, Qərbi Texas nefti isə $1.76 və ya $1.87% artaraq $96.05 olub. Bazar ertəsi hər iki fyuçersin qiyməti təxminən 4% ucuzlaşmışdı. Spotla satılan neftin hazırda qiyməti isə 102 $/bbl-in üzərindədir.

Bazar ertəsi Çinin Şanxayında, 7 000-dən çox yaşayış məntəqəsinin 14 gün ərzində yeni infeksiyalar olmadığı qeyd edir və karantinin yumşaldılması ilə bağlı addımlar atılacağını bildirilib.

Hazırda görünən odur ki, bazarda həm tələb, həm də tələb cəbhəsində müşahidə rejimindədir. ABŞ və onunla koordinasiya olan ölkələrin ehtiyatlardan bazara çıxarmasına rəğmən bu bazarda “bolluq” yaratmaq deyil. Çünki, ortada Rusiya kimi iri neft tədarükçüsü var. Treyderlər Rusiyanı hazırda hansısa digər ölkənin tam əvəzləyəcəyinə skeptik yanaşırlar. Eləcə də Neft İxrac Edən Ölkələr Birliyi yaxud OPEC düşünür ki, Rusiyaya qarşı sanksiyalar neft təchizatı sahəsində tarixin “ən nəhəng böhranına” səbəb ola bilər.

Bazar ertəsi bəzi xarici işlər nazirləri bildiriblər ki, Avropa İttifaqı Ukraynanın işğalından sonra Rusiyaya neft embarqosu tətbiq etmək üçün təkliflər hazırlayır. Bununla belə, hazırda Aİ üzvləri arasında Rusiyadan gələn xam neftlə bağlı hələ də tam razılıq yoxdur.

Nyu-Yorkda mənzillənən OANDA analitiki Reuters bildirib ki, Rusiya enerjisinə sanksiya tətbiq olunarsa, neft bazarı hələ də böyük şoka məruz qala bilər və bu risk qalıcı olacaq.

OPEC-in baş katibi Məhəmməd Barkindo Avropa İttifaqının rəsmiləri ilə görüşdə bildirib ki, Rusiyaya qarşı hazırda qüvvədə olan və gələcəkdə tətbiq ediləcək məhdudiyyətlər tarixin ən böyük neft böhranlarından birinə səbəb olacaq. Rusiya neftinin təchizatının dayanması nəticəsində üzləşdiyimiz itkini kompensasiya etmək mümkün olmayacaq.

Onun sözlərinə görə, məhdudiyyətlər gündəlik 7 milyon barrel neft itkisinə səbəb olacaq. M.Barkindo həmçinin deyib ki, hazırda dünya bazarında yaşanan çalxalanma OPEC-in nəzarətində olmayan faktorlara əsaslanır.

 

Son xəbərlər
Oxşar xəbərlər