Neft bazarı üçün mühüm: Qiymət $50-a tərəf istiqamət alıb

OPEC+ bir aylıq neft hasilatının azalması ilə bağlı genişləndirdiyi tədbirlər sonrası neft bahalaşıb. Dünya birjalarında Brent markalı neftin qiyməti bəzi saatlarda hətta 43 $/barel səviyyəsindən yuxarı  həddə olub.

Gedişatın bu məcrada davam etməsi ilə, əlaxsus, neftə yaranan tələbatın bərpa olunması ilə, Wood Mackenzie Ltd. Konsaltinq şirkəti neftin bir barelinin $50 dollara qədər arta bilməsini mümkün sayır.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:00 radələrində Brentin bir bareli $0.69 (1.63%) artmaqla $42.99 təşkil edib. Amerikanın WTI xam nefti isə $0.45 bahalaşmaqla (1.14%) $40 barel təşkil edib.

Bu Ru danışıqların baş tutması Rusiya və Səudiyyə Ərəbistanı üçün geridə qalmış “qiymət müharibəsindən” sonra bir uğur saymaq olar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər