Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 3 sent, yəni, 0.04% azalaraq 67.74$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 10 sent, yəni, 0.13% ucuzlaşaraq 76.40$-a təklif olunub.