“Goldman Sachs” analitikləri dərc olunmuş hesabatda bildiriblər ki, neft ehtiyatlarının razılaşdırılmış şəkildə satışı bazara cəmi 70-80 milyon barel neft gətirə bilər ki, bu da ehtimal olunan 100 milyon bareldən xeyli azdır.
Banker.az xəbər verir ki, bankın hesablamalarına görə, həcmlərin bu cür artması oktyabrın sonunda neftin bir barelinin qiymətinin 8 dollara nisbətdə 2 dollardan az ucuzlaşmasına kömək edəcək.
Bundan əlavə, analitiklər ehtiyat edirlər ki, neftin qiymətinin artması Avropa və Çindəki epidemioloji vəziyyətlə birləşərək növbəti bir neçə ay ərzində qlobal enerji tələbatını gündə 1.5 milyon barel azaldacaq. Eyni zamanda İranla danışıqlarda gözlənilən uğursuzluq bu riskləri qismən kompensasiya edə bilər.