Ötən il ərzində ixrac edilmiş mənfəət neftinin ortaçəkili satış qiyməti 54,31 dollar, xalis mədaxil qiyməti 48,06 dollar səviyyəsində olub.
Bu barədə mənbə Dövlət Neft Fondunun (SOFAZ) 2015-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir.
Azərbaycanda dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq, hasil edilmiş mənfəət neftinin və qazın satışından SOFAZ-a 7 milyard 229,1 milyon dollar və yaxud 7 milyard 369,6 milyon manat həcmində vəsait daxil olub.
Mənfəət neftinin satışından əldə edilən gəlirlərin 94,9%-ni Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasil edilmiş mənfəət neftinin satışı təşkil edib və bu yataqlar üzrə gəlirlər 6 milyard 858 milyon dollar olub.
Oxu.Az