10 C
Baku
Friday, December 13, 2024

Neft Fondunun xarici ölkələrdə aldığı bahalı daşınmaz əmlaklar – SİYAHI

Məlum oluğu kimi 2012-ci ildən etibarən Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) aktivləri daşınmaz əmlaka və qızıla yerləşdirilir.

Maraqlıdır, ARDNF-nin aktivləri indiyədək hansı xarici ölkələrdə daşınmaz əmlaka və qızıla yerləşdirilib

ARDNF-dən bununla bağlı məlumat əldə edilib. Bildirilib ki, ARDNF Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən, dəyəri 190,325 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin Tverskaya-16 ünvanında yerləşən və dəyəri 4,973 milyard Rusiya rublu təşkil edən”Qalereya Aktyor” ofis-ticarət kompleksinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 175 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə, cənubi Koreyanın Seul şəhərinin 203 Eurojiro2-ga, Jumg-gu ünvanında yerləşən, dəyəri 496,35 milyard Cənubi Koreya vonu olan “Payn Avenyu A qülləsi” ofis binasına, Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və dəyəri 54,1 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə, İtaliyanın Milan şəhərinin Via Meragvili 7 ünvanında yerləşən, dəyəri 99 milyon avro təşkil edən Palazzo Turati ofis binasına, habelə Almaniyanın Frankfurt şəhərində yerləşən və ARDNF-nin 41 milyon avro iştirak payı ilə təmsil olunduğu daşınmaz əmlak kompleksinə investisiya edib.

İlkin mərhələdə 2016-cı ildə 10 milyon Avro investisiya edilib.

2016-cı ilin sonuna ARDNF-nin daşınmaz əmlak portfelinə aşağıdakı daşınmaz əmlak fondlarına investisiyalar daxildir:

AXA şirkəti tərəfindən idarə olunan PEVAV fondu, PGİM şirkəti tərəfindən idarə olunan EVP və ASPF III fondları, PAG şirkəti tərəfindən idarə olunan RJLF II fondu, Blackstone şirkəti tərəfindən idarə olunan BREP EUROPE V fondu ( 2017-ci ildə başlanacaq), Starwood şirkəti tərəfindən idarə olunan SOF XI fondu ( 2017-ci ildə başlanacaq).
Fondun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 1,7 milyard ABŞ dolları təşkil edib.

ARDNF fond tərəfindən alınmış qızılın ümumi miqdarı 30174,9 kq (970145,5 troya unsiyası) və yaxud 1,11 milyard ABŞ dolları təşkil edib. Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında yerləşdirilib. 2016-cı ildən etibarən isə qızılın ehtiyatda saxlanılması üçün Mərkəzi Bankdan Dövlət Neft Fonduna köçürülməsinə başlanılıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər