Mart və aprel fyuçerslərində barrellə satılan neftin qiymətləri 1%-dən yuxarı bahalaşaraq, ilin maksimumuna çatıb. Qiymətlər 60 dollara çatıb.
Banker.az Bloomberg-in 08:44 radələrinə olan göstəricisinə görə, London qitələrarası fond birjasında Brent markalı xam neftin bir barrelinin qiyməti 60 sent artmaqla (1.01%) 59.94 dollara yüksəlib, Nyu-Yorkun əmtəə birjasında WTI 61 sent bahalaşmaqla (1.07%) 57.46 dollar olmuşdur.
Tokio birjasında xam neftin bir kilo litri 480 yen artmaqla (1.28%) iyul fyuçerslərində 38 020 yen təşkil edib.
Artıma səbəb isə Çində neftə olan istehlak tələbinin pre-pandemiya səviyyəsində böyüməsi, vaksinasiyaya olan inamın artımı və OPEC+ alyansının neft hasilatı ilə bağlı son görüşdə heç bir artım qərarının olmamasıdır.
“CitiGroup Inc.”in analitiki Ed Morse Bloomberg-ə deyib ki, bərpa olunma insanların dərk etdiyində daha sürətli davam edə bilər. Onun fikrincə, tələbin sürətli yaranması fonunda inventarların boşalması bir çoxlarının düşündüyündən daha cəld şəkildə reallaşacaq.