Venesuelada 2017-ci ilin fevral ayından 2018-ci ilin fevralına qədər toplanan inflyasiyanın səviyyəsi 6 min faizi ötüb.
Bu barədə ölkənin Milli Assambleyasının maliyyə üzrə komissiyası məlumat yayıb.
Hesabatda bildirilir ki, təkcə cari ilin fevral ayında inflyasiyanın səviyyəsi 80 faizə çatıb, 2017-ci ilin dekabrından cari ilin fevralına qədər isə 231 faizi ötüb.
© Report