5 C
Baku
Saturday, December 14, 2024

Neft nəhəngi “Saudi Aramco”nun mənfəəti 300% artıb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin mənfəəti 2021-ci ilin ikinci rübündə təxminən 300% artıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, bunun səbəbi koronavirus məhdudiyyətlərinin yumşaldılması, aktiv şəkildə vaksinasiyanın həyata keçirilməsi, o cümlədən iqtisadiyyatın bərpasını stimullaşdıran tədbirlərin görülməsi olub.

“BBC News” neft istehsalçısının xalis gəlirinin ikinci rübdə 25.5 milyard dollar təşkil etdiyini yazıb. Qeyd edək ki, analitiklərin hesablamalarına görə, bu göstərici 23 milyard dollar olmalı idi.

“Saudi Aramco” iyulda neft boru kəməri biznesinin 49%-ni Çin və Amerika sərmayəçilərinə satmaq üçün danışıqlar aparıb. Pandemiya və xammal qiymətlərinin çökməsi şirkətə 49 milyard dollar gəlir etməyə imkan verib. Müqayisə üçün deyək ki, 2019-cu ildə “Saudi Aramco” 88.2 milyard dollar qazanıb.

2021-ci ilin iyulunda hakkerlər məlumatların sızması zamanı şirkətdən 50 milyon dollar tələb edib. Neft nəhəngi bunun ona aid olduğunu təsdiq edib.

 

Son xəbərlər
Digər xəbərlər