15 C
Baku
Friday, April 26, 2024

Neft qiyməti niyə bu dərəcədə kəskin azaldı?

Müəllif: Aqşin İbişov

İnsanlar bəzən pis niyyətdən, bəzən isə cahillikdən burnunun ucunda olanları üfüqlərdə axtarır. Kütlə sadə izaha qane olmaq istəmir, proseslərin onun başa düşməyəcəyi və başa düşə bilməyəcəyi səbəblərdən olduğunu düşünür. Əsasən elə buna görədir ki, qəliz  dil fırıldaqçıların   ən çox  tərcih etdiyi alətlərdən biridir.

Neft ölkəsinin vətəndaşları olaraq bu məsələnin hər birimizə birbaşa və  ya dolaylı təsiri var və bu mənada  başda qoyulan sual əhəmiyyətlidir, nə baş verir?  Bizdə bir-iki iqtisadçı adlandırılanların (mən isə onlara daha çox tərcüməçi deyərdim) bu məsələdə fikirləri qarşıma çıxdı, amma hələ ki, deyilənlər insanların çətinliklə anlayacağı mürəkkəb iqtisadi proseslər, ABŞ-da qaya neftinin kəşfi, İran sanksiyaları və s kimi faktorlardır. Məsələ ondadır ki, heç xarici mətbuatda da bu sadə  sualın sadə cavabı rastıma çıxmayıb, eyni faktorlar sadalanıb. Onsuz  xarici mətbuatda konkret cavablar olsaydı, bizim tərcüməçilərin şərhlərində bunu görmək olardı.

İqtisadiyyatda monopoliya və oliqopoliya anlayışları var. Hər iki hal bazarda pay əldə etmək üçün bazara daxil olmanın sərbəst olmadığı və malın qiymətinin tam rəqabət şəraitində əmələ gəlmədiyinə nümunədir.  Monopoliyanı Azərbaycanda çox adam gözəl bilir, yəni tək əldə cəmləmə, bir məhsulun yeganə istehsalçısı və ya satıcısı olması. Monopolist öz mənfəətini ən çox edən qiyməti vadar edəcəkdir. Oliqopoliyada  isə birdən çox amma kifayət qədər az  əldə cəmlənmə olur. Oliqopolist  digər az sayda olan oliqopolçu ilə birlikdə və ya onların hərəkətlərinə uyğun olaraq bazar payını qorumağa və mənfəətini maksimum edən qiyməti müəyyənləşdirməyə çalışacaqdır. Neft və smartfonlar oliqopol məhsuluna nümunədir. Necə ki, vahidinin maliyyəti 100 dollar olan iphone smartfonunun 700 dollarda satılması qəbul ediləndir, eləcə də vahidinin maliyyəti 15 dollar olan neftin də 100 dollara satılması qəbul edilən olmalıdır.

 Oliqopolistlərin də bir neçəsi, əsasən ən güclüləri birləşərək OPEC kimi kartel yaradırlar və beləcə istədikləri  qiyməti vadar edirlər. Yəni fövqəladə hadisələr baş vermirsə neft qiyməti OPEC-in müəyyənləşdirdiyi qiymətdir. OPEC-in daxilindən hər hansı bir ölkənin və ya əgər varsa digər hansısa çox  iri neft istehsalçısının qiymətləri ciddi  düşürməyi  tarazlığı  alt-üst etməyə kifayət edir.  Neftin qiymətinin 120 dollar olduğu bir vaxtda hər hansı iri istehsalçı 20 dollara neft satarsa bütün dünya  yer kürəsinin ən ucqar yerində də olsa o istehsalçıdan neft alacaqdır, çünki nəqliyyat xərci nə olur olsun bu cür alış daha ucuz başa gələcəkdir. Bunun nəticəsində digər oliqopolistlər  bazar paylarını qorumaq üçün qiyməti  düşürməyə məcbur olacaqlar.

 Neftin qiymətinin kəskin azalmasının  və işlərin cızığından çıxmasının gerisində dayanan əsas səbəb budur. İŞİD İraq neftini həddən artıq ucuz qiymətə bazara çıxarmaqdadır. Daim müharibə edən və pula ehtiyacı olan və tanınmayan ‘’dövlət’’-dən müqavilə və qanuni yolla heç kəs neft almaz, o qiyməti kəskin düşürməyənə qədər.  Qərb mətbuatı bu məsələdə açar nöqtə olan İŞİD-i görməzdən gəlir, bunun da səbəbi aydındır. Neftin qiymətinin düşməyi Qərbə və ABŞ-a sərf edir, Rusiyanı  zəiflədir. ABŞ isə istəməz ki, İŞİD kimi kirli işlərlə məşğul olanların arxasında  və ya işbirlyində olma görüntüsü versin, ona görə də qərb mətbuatı neftin qiymətində kəskin azalmanı üçüncü, dördüncü dərəcəli səbəblərə bağlamaqdadır.  Məsələnin digər tərəfi isə başda Səudiyyə Ərəbistan olmaqla digər OPEC üzvü ərəb ölkələri də düşən qiymətlərə müqavimət göstərmirlər, hətta dəstək verirlər. Əvvəla bu onu göstərir ki, ərəb ölkələri bu məsələdə Qərb və ABŞ-la eyni tərəfdədirlər, ikincisi də  OPEC üzvü kimi iri neft istehsalçılarına digər neft istehsalçılarını bazardan sıxışdırıb çıxarmaq sərf edir.

Görünən odur ki, Rusiyanın Krımda siahlı işğal siyasətinə Qərbin cavabı iqtisadi və kəskin oldu. Bu gün isə Rusiya buna cavab olaraq, İŞİD-lə mübarizə üçün və ən əsas da neftin qiymətinin bahalaşması üçün Suriyaya müdaxilə etməkdədir.  Hal-hazırda beynəlxalq müstəvidə münasibətlər kəskinləşməkdədir. Biz isə işğalçı deyilik, hətta işğal olunanıq, bu məsələnin bizə aidiyyəti də yox idi, ancaq neft qiymətinin azalmasından   ən böyük zərəri görməkdəyik. Ciddi reformlar olmasa bizim üçün vəziyyət acınacaqlı olacaqdır. İşğalçı olmaya bilərik,  amma təfəkkür problemimiz var, cahillik isə öhdəsindən gəlinməz zərərlərə səbəb olan ən böyük günahdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər