7 C
Baku
Thursday, December 12, 2024

Neft qiymətləri 2012-ci ildən bəri ən uzun rallini yaşayır

Banker.az xəbər verir ki, ABŞ-da xam məhsul hasilatının sabitləşməsi haqqında məlumat fonunda neft qiymətləri bazar ertəsi günün sonuna doğru artıb.

Belə ki, axşam saatlarında Brent markalı neftin 1 barrelinin dəyəri 1,03% artaraq 49,27 dollar təşkil edib. Bu zaman, Amerikanın WTI markalı neftinin qiyməti isə 1 barrel üçün 46,58 dollar səviyyəsində idi.

Neft sahəsində xidmətlər təklif edən Baker Hughes şirkətinin məlumatlarına əsasən, ABŞ-da qazma qurğuların sayı yanvar ayından etibarən ilk dəfə keçən həftə endi. Onların artım tempi isə ikinci rübdə ucuzlaşan neft fonunda ləngiyib.

Buna baxmayaraq, ABŞ-da qazma qurğuların ümumi sayı yüksək olaraq qalır və 756 ədəd təşkil edir ki, bu da keçən ilin analoji dövründə qeydə alınan göstəriciləri iki dəfə üstələyir.

Bundan əlavə, OPEC təşkilatı və ona üzv dövlətlər tərəfindən neft hasilatının azaldılmasına baxmayaraq, dünya neft bazarlarında məhsul artıqlığı hələ də qüvvədədir.

May ayının sonunda OPEC təşkilatı və ona üzv olmayan bir neçə ölkə dünya üzrə tələb və təklifi yenidən bərpa etmək məqsədilə neft hasilatının azaldılması ilə bağlı qərarı 2018-ci ilin mart ayına qədər uzatmaq barədə qərar verdi.

Son xəbərlər
Digər xəbərlər