-1 C
Baku
Sunday, December 15, 2024

Neft tarixində baş vermiş ən böyük fəlakətlər

Yaxın günlərdə ABŞ-da məhkəmə BP neft şirkətinin keçmiş mühəndisi ilə bağlı olan məhkəmə prosesinə hökm verməlidir. Qeyd edək ki, neft şirkətinin bu keçmiş mühəndisi baş vermiş faciəni ortaya çıxaran şirkət rəhbərliyi ilə olan yazışmanı məhv etməyə çalışırdı. 

Neft dünyada ən çox satılan məhsullardan biridir. XX əsrin ortalarında neft bazarında qlobal artım şirkətləri neftin daşınması üçün iri həcmli tankerlərdən istifadə etməyə və bütün riskləri gözə alaraq açıq dənizdə neftin əldə edilməsinə vadar edir. Nəticədə də baş verən faciəvi qəzalardan qaçmaq mümkün olmurdu. Dəniz, okena üzərinə yayılmış bir neçə kilometrlik neft ləkəsi isə öz növbəsində dəniz canlılarının həyatını təhlükə qarşısınd qoyur.

“Torrey Canyon” tankerinin batması (İngiltərə)

“Torrey Canyon” tankeri inşa edilmiş ilk super tankerlərdən və müasir dövrümüzdə ən geniş miqyaslı neft qəzalarından biridir.

Tanker ilk olaraq 60 min ton neft daşınması üçün nəzərdə tutulmuşdu. Lakin tankerin sahibi olan şirkət daha sonradan bütün normalardan kənara çıxaraq daşınan neftin həcmini 120 min tona çatdırır. Bu da 1967-ci ildə fəlakətin baş verməsinə səbəb olur.

Tankerin Britaniyanın cənubunda riflə toqquşması nəticəsində təqribən 110 min neft dənizə tökülür və 270 kvadrat mil məsafədə neft ləkəsi yaradır. Təxminən 180 mil sahil xətti neftlə çirklənmişdi. Neft ləkəsi təmizlənənə qədər 15 minə yaxın quş və dəniz canlılarının böyük bit kütləsi həlak olmuşdu.

SEA STAR tankerinin batması

Cənubi Koreyanın Sea Star super tankeri 1972-ci ilin 19 dekabrında Braziliyanın Horta Barbosa tankeri ilə toqquşur. Toqquşma nəticəsində tankerin göyərtəsində yanğın baş verir və gəmi heyəti təcili şəkildə gəmini tərk etməli olur. Horta Barbosa-dakı yanğını gün ərzində söndürmək olur. Lakin Cənubi Koreyaya məxsus tankerdəki yanğının öhdəsindən gəlmək mümkün olmur. Sea Star tankeri ardıcıl partlayışlardan sonra 24 dekabrda batır.

Liberiyanın ODYSSEY tankerinin batması (Kanada)

1988-ci il 10 noyabrda Liberiyaya məxsus Odyssey tankeri Yeni Zellandiyanın (Kanada) sahillərindən 1300 km aralıda batır. Nəticədə 132 157 ton neft dənizə tökülmüşdü.

M/T HAVEN tankerinin batması (Genuya)

Stelios Hacı İohanna milyarder ailəsinə məxsus M/T Haven tankeri Genuya yaxınlığında gözlənilməz anda partlayır. Heyətin 5 üzvü yanğın səbəbi ilə həlak olur, 126 ton neft isə suya qarışır. Faciənin baş vermə səbəblərindən biri tankerin nasaz vəziyyətdə olması idi. Belə ki, gəmi İran-İraq müharibəsi nəticəsində bomba zərbələrinə məruz qalmışdı və bundan sonra yaxşı təmir olunmamışdı.

ABT Summer tankerinin batması (Anqola)

1991-ci il 28 may tarixində 260 min xam neft daşıyan ABT Summer tankeri Angola yaxınlığında sahildən 1400 kilometr aralıda partlayır. Gəmi üz gün ərzində yanmağa davam edir və onun qalıqlarını tapmaq mümkün olmur. Xoşbəxtlikdən neft dənizin müxtəlif hissələrinə dağılmışdı və bu səbəbdən ciddi ekoloji zərərlərdən qurtulmaq mümkün olmuşdu.

Amoco Cadiz tankerinin batması (Fransa)

1978-ci ildə Amoco Cadiz tankeri Fransa sahillərində qəzaya uğrayır. Tufan səbəbindən neft sızmasının qarşısını almaq dərhal mümkün olmur.

Fəlakət nəticəsində 20 min quş həlak olmuşdu. Xilasetmə işlərində 7 minə yaxın insan iştirak edirdi. Suya təqribən 223 min ton neft dağılmışdı və 2 min kvadrat kilometr məsafədə neft ləkəsi əmələ gətirmişdi. Həmçinin Fransanın 360 kilometrlik sahilləri də neft əhatəsində qalmışdı. O zaman bu fəlakət avropa tarixində ən nəhəng ekoloji faciə idi.

Castillo de Bellver tankerinin batması (CAR)

Castillo de Bellver tankeri Keyptaundan 100 kilometr aralıda yanır və iki hissəyə bölünür. Hind okeanına 250 min ton neft dağılır. Cərəyanlar neft ləkəsini okeana aparır və bu səbəbdən CAR sahilləri ziyan görmür.

NOWRUZ platformasında qəza (Fars körfəzi)

1983-cü ildə İran və İraq arasında müharibə zamanı neft tankeri Fars körfəzində Nowruz platforması ilə toqquşur. Nəticədə yaranmış neft sızmasının qarşısını aylarla almaq mümkün olmamışdı. Dənizə dağılmış neftin ümumi həcmi 250 min ton təşkil edirdi.

Kolva çayına neftin dağılması (Rusiya)

Neft kəmərinin bərbad vəziyyətdə olması səbəbindən 8 ay ərzində neft Kolva (Rusiya) çayına axırdı. Nəticədə iri həcmdə neftin çaya axması baş vermişdi və çayın eni boyu 30-40 km ərazi çirklənmişdi.

Atlantic Empress və Aegean Captain-in toqquşması (Trinidad və Tabaqo)

Bu iki tanker Trinidad və Tabaqo yaxınlığında toqquşur.  Toqquşma nəticəsində hər iki gəmi yanır və 290 min ton neft dənizə dağılır. Gəmilərdən biri batır. Xoşbəxtlikdən fəlakət açıq dənizdə baş verir və adalardan heç birinin sahili ziyan görmür.

IXTOC I platformasında partlayış (Meksika)

1979-cu ildə Meksikanın Ixtoc I neft platformasında ani təzyiq dəyişməsi səbəbindən güclü partlayış baş verir. Nəticədə Meksika körfəzinə 460 min ton xam neft dağılır.

Fəlakətin nəticələrinin yalnız 1 ildən sonra aradan qaldırmaq mümkün oldu. Bu müddət ərzində Meksika körfəzinə 460 min ton neft yayılmışdı. Dəymiş ümumi zərər isə 1,5 milyard dollar olaraq qiymətləndirilir.

Deepwater Horizon-da qəza (ABŞ)

British Petrolium şirkətinə məxsus Deepwater Horizon platforması 2010-cu il 22 apreldə Luiziana ştatı yaxınlığında 36 saatlıq yanğından sonra batmışdı.

11 insan hadisənin qurbanına çevrilmişdi. Neft növbəti 85 gün ərzində də okena axmağa davam edirdi. 2010-cu ilin avqust ayında BP quyusundan körfəzə 4,9 milyon barrel xam neft axmışdı.

İraq ordusunun geri çəkilməsi (Küveyt)

1990-cı ildə məğlub olmuş İraq hərbi qüvvələri Küveytdə anti-İraq koalisiyasının enişini çətinləşdirmək üçün neft terminallarının qapaqlarını açmış və bir neçə neft tankerini boşaltmışdılar.

Nəticədə Fars körfəzinin suyuna 1,5 – 4 milyon tona yaxın neft qarışır. Hərbi fəaliyyət davam etdiyi müddətcə fəlakətin qarşısını almağa çalışmırdılar.

Neft təxminən körfəzin üst hissəsinin min kvadrat kilometrini əhatə etmiş və sahil ərazilərinin 600 km-ni çirkləndirmişdi. Növbəti neft sızmalarının qarşısını almaq üçün ABŞ aviasiyası bir neçə Küveyt neft borularını bombalamışdı.

Son xəbərlər
Digər xəbərlər