Xam neftin qiyməti həftənin bazar ertəsi ABŞ-da ehtiyatların azalması və qışdakı yanacaq tələbinin artması xəbərləri ilə 2% bahalaşdı.
ABŞ nefti WTI son sutkada isə 0.56 dollar (1.05%) bahalaşmaqla 54.11 dollar/barrel ($/bll), Brent isə 0.53 dollar (0.94%) bahalaşmaqla 56.88 dollar/barrel olub. Hər iki neft markası fyuçerslərdə 8% ətrafında yanvar ayında qiymət qazanıb.
ABŞ hökumətinin son həftəlik göstəricilərində Oklahomadakı Kuşinq anbarlarında – hansı ki, xam neftin çatdırılması üçün mühüm hab sayılır – 2.3 mln. barrel azalma olub. Analitiklər və treyderlər “Wood Mackenzie” hesabatında növbəti 2.3 mln. barrel azalmanın olmasını təxmin edirlər.
Xam neft bu həftə bir neçə faktorla dəstəklənir – Kuşinq anbarında azalma gözləntisi, qış aylarında havaların soyuq keçməsi ucbatından neftə yaranmış qəfil tələb və Capitol Hill-də stimul danışıqları əsas təsiredici amildir. Bunu Nyu-Yorkda mənzillənən analitik Con Kilduff deyir.
ABŞ-ın Şimal-Şərqində güclü qar tufanları ilə qış hazırda soyuq keçir.
Nüfuzlu bank “Goldman Sachs” bildirib ki, iyula qədər neftin bir barreli 65 dollara qədər artacağını, neft bazarında ilin ilk yarısında 900 min barrel/günlük defisit yaranacaq. Bu da onun öncəki proqnozundan 500 min barrel/günlük çox olması deməkdir.